Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezdenti Vladimir Putin arasında telefon danışığı olub.

Türkiyənin NTV telekanalı verdiyi xəbərə görə, Türkiyə və Rusiya prezidentləri Ukrayna böhranı ilə bağlı müzakirə aparıb.

R. T. Ərdoğan atəşkəsin təmin edilməsi, humanitar dəhlizlərin açılması və sülh sazişinin imzalanması üçün təcili addımların atılmasının vacibliyini vurğulayıb.

Bundan əlavə, Türkiyə Prezidenti təcili atəşkəsin bölgədəki humanitar problemləri aradan qaldırmaqla yanaşı, siyasi həll yolunun axtarışına da imkan verəcəyini bildirib.

R. T. Ərdoğan Ukrayna probleminin ən qısa zamanda sülh yolu ilə həllinə töhfə verməyə hazır olduğunu da Rusiyalı həmkarına bildirib.

Qeyd edilib ki, Türkiyə Prezidenti Rusiya Prezidentini birlikdə sülhün yolunu açmağa çağırıb.

Görüşdə Türkiyə-Rusiya münasibətləri də müzakirə olunub.

.