Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Angela Merkel arasında görüş başa çatıb.
“Anadolu” agentliyi verdiyi xəbərə görə, Türkiyə və Almaniya liderlərinin NATO sammiti çərçivəsində baş tutan görüşü 30 dəqiqə davam edib.
Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və milli müdafiə naziri Hulusi Akar da iştirak edib.
Ərdoğan Boris Consonla görüşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Boris Consonla görüşüb.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə və Britaniya liderlərinin görüşü Brüsseldə NATO sammiti çərçivəsində baş tutub.
Qeyd edək ki, bu gün Türkiyə Prezidenti fransalı həmkarı Emmanuel Makronla görüşüb.
.
