Rusiyaya qarşı sanksiyalara qoşulmayacağımızı və bunun səbəblərini dəfələrlə açıqladıq.
“Hürriyət”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Biz bir tərəfdən Rusiyanın hərbi fəaliyyətinə reaksiyamızı nümayiş etdiririk, digər tərəfdən isə dialoqu davam etdirməyə əhəmiyyət veririk”, - Ərdoğan qeyd edib.
Ərdoğan: "Türkiyə Ukraynanın təhlükəsizliyini təmin edəcək ölkələrdən biri ola bilər"
Cənab Putin və cənab Zelenski ilə danışmaq niyyətindəyəm.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, onların hər ikisinə "Məqsədimiz sizi ən qısa zamanda bir araya gətirməkdir" deyəcək.
"Ümüd edirəm, bununla tarixi qərar əldə edəcəyik. Onların görüşünə ev sahibliyi etməyə də hazırıq"
Bundan əlavə, Türkiyə Prezidenti ölkəsi Ukraynanın təhlükəsizliyini təmin etmək üçün qarant ölkələrdən biri ola bilər deyə vurğulayıb.
Ərdoğan: “Türkiyə-Rusiya dialoqu Cənubi Qafqaz üçün də vacibdir”
Türkiyə ilə Rusiya arasında dialoq bizi yaxından maraqlandıran bir çox region baxımından da vacibdir.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Türkiyə-Rusiya dialoqu ancaq Ukrayna kontekstində yox, bizi yaxından maraqlandıran Suriya, Liviya, Cənubi Qafqaz kimi bir çox region baxımından da əhəmiyyətlidir, vacibdir”, - o qeyd edib.
Ərdoğan: “Abramoviç danışıqlara qatılıbsa, demək ki, Putin ona inanır”
Roman Abramoviç Rusiya nümayəndə heyətinin bir üzvü olaraq müzakirələrə qatılıb.
“Hürriyət” qəzeti xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Əgər Rusiya və cənab Putin nümayəndə heyətinin tərkibinə Abramoviçi də tərcih edərək daxil edibsə, deməli ki, ona inanır, güvənir. Həmin iclasda (İstanbul görüşü) hər kəslə olduğu kimi onunla da salamlaşdım. Danışıqlara qatılan nümayəndə heyətlərinə uğurlar arzulayıram. Arzu edirəm ki, bu cəhdlərin nəticəsini ən qısa zamanda görə bilək”, - Türkiyə lideri vurğulayıb.
