İsrailin təhlükəsizliyi Fələstin probleminin həllindən asılıdır.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Yəhudi Cəmiyyəti və İslam Ölkələrinin Ravvinləri İttifaqının üzvlərini qəbul edərkən söyləyib.

Türkiyə lideri xüsusilə qeyd edib ki, “Fələstin məsələsində, o cümlədən ilk növbədə Qüdslə bağlı atılacaq addımlar Fələstinlilər qədər İsrailin təhlükəsizliyinə və sabitliyinə töhfə verəcək”.

Dövlət başçısı qeyd edib ki, bu kontekstdə İsrail Prezidenti İshak Hersoq və Baş nazir Naftali Bennett ilə dialoqun bərpasına böyük əhəmiyyət verir.

Prezident Ərdoğan Türkiyənin 1492-ci ildə İspaniya yəhudilərinin qovulması həmçinin öz ərazisində təqib olunan yəhudilərə sığınacaq verdiyini göstərən bir sıra tarixi faktları da sitat gətirib.

Türk torpaqları tarix boyu dünyanın müxtəlif yerlərində zülmə məruz qalan yəhudilər üçün hər zaman sığınacaq yeri olub”- prezident qeyd edib.

.