
Türkiyə terrorla mübarizədə Suriyaya lazım olan dəstəyi verməyə hazırdır.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Ərdoğan Ankarada Suriya lideri Əhməd əl Şaraa ilə keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.
O, həmkarı ilə Suriyanın şimal-şərqində mövcud olan düşərgələr məsələsini də müzakirə etdiyini qeyd edib.
Əhməd əl Şaraa: Suriya Türkiyə ilə münasibətlərin dərin strateji tərəfdaşlığa çevrilməsinə önəm verir
Suriya Türkiyə ilə münasibətlərin dərin strateji tərəfdaşlığa çevrilməsinə önəm verir.
Bu barədə Suriya lideri Əhməd əl Şaraa Ankarada Türkiyə Prezidenti Rəcəb Ərdoğanla keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, Suriya xalqı Türkiyənin son illərdə ölkəyə verdiyi töhfələri heç vaxt unutmayacaq.
"Prezident Ərdoğanın Suriyada keçid prosesinin uğurlu olması üçün göstərdiyi səyləri və istəyini yüksək qiymətləndiririk", - əl Şaraa vurğulayıb.
.