
ABŞ Prezidenti Donald Trampın Rusiya ilə Ukrayna arasında müharibəni bitirməsi üçün başlatdığı diplomatik səylər Türkiyənin son 3 ildə davam etdirdiyi siyasətlə üst-üstə düşür.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Ukrayna Prezidenti Vladimir Zelenski ilə keçirdiyi görüşün nəticələrinə dair birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, Türkiyə Ukraynada daimi sülhə nail olmaq üçün dəstəyini davam etdirəcək.
Ərdoğan, həmçinin Rusiya və ABŞ arasında müzakirələr üçün “Türkiyə ideal ev sahibi ola bilər” deyə əlavə edib.
.