Türkiyə ilə Yunanıstan arasında terrorla mübarizə mövzusunda fikir birliyi güclənir.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Yunanıstan Baş naziri Kiriakos Miçotakislə keçirdiyi görüşün nəticələrinə dair birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, bu gün Kiriakos Miçotakislə keçirdiyi görüş zamanı bu məsələni ətraflı müzakirə edib. Ərdoğan, həmçinin bildirib ki, Kipr adasında ədalətli həllə nail olmaq vacibdir.

.