"Tramp ilə telefon danışığı zamanı Venesuelanın sabitliyinin qorunmasının vacibliyini vurğuladıq”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan bildirib ki, o, siyasi legitimliyi və beynəlxalq hüququ pozan heç bir hərəkəti dəstəkləmir: “Venesuela məsələsində həm Türkiyə üçün, həm də dost Venesuela xalqı üçün ən yaxşı, ən doğru olanı etməyə çalışırıq".
Ərdoğan ölkələrin suverenlik hüquqlarının və beynəlxalq hüququn kobud şəkildə pozulmasının qlobal səviyyədə ciddi fəsadlara yol aça biləcəyini vurğulayıb:
"Gücün hüquqa üstün gəldiyi dünyada sabitlik olmaz, böhran və münaqişə heç vaxt bitməz. Biz, Türkiyə olaraq, nə bölgəmizdə, nə də digər bölgələrdə xaos, qarışıqlıq və gərginliyin olmasını istəmirik".
Ərdoğan qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığında ölkəsinin xarici siyasətdə həssas olduğu məsələləri ona çatdırıb, xüsusilə Venesuelada sabitliyin qorunmasının vacibliyini vurğulayıb.
.
