Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla keçiriləcək görüşün regiondakı münaqişələrin dayandırılmasına kömək edəcəyinə əmindir.

Bu barədə Türkiyə lideri sosial şəbəkələrdə yazıb.

"Əminəm ki, Prezident Trampla görüşümüz regionumuzdakı müharibə və münaqişələrin dayandırılmasına, həmçinin ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsinə kömək edəcək", - o qeyd edib.

Ərdoğan ABŞ Prezidentini hörmətli həmkar və dost adlandırıb. O əlavə edib ki, Ağ Evdəki görüşdə ticarət, investisiya və müdafiə sənayesi sahələrində əməkdaşlığın inkişafı məsələləri də müzakirə olunacaq.

Daha əvvəl Donald Tramp "Truth Social" sosial şəbəkəsində sentyabrın 25-də Vaşinqtonda Ərdoğanla danışıqlar aparmaq niyyətində olduğunu bildirib.

.