Trampın ABŞ-nin yeni prezidenti seçilməsi ilə Türkiyənin bu ölkə ilə münasibətlərində müsbət fərqlilik yarana bilər.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan dönərkən jurnalistlərə açıqlamasında deyib.
Bununla yanaşı, Ərdoğan hələ ki, Ankara - Vaşinqton xətti üzrə gələcək münasibətlərə konkret proqnoz vermək tezdir, bunun üçün Tramp Administrasiyasının tam formalaşması, iki ölkə nazirləri və müvafiq qurumların əlaqələr yaratması və işləməsi lazımdır.
“Tramp administrasiyası iqtisadiyyatı əsas məqsədlərindən biri kimi görür. Türkiyə strateji coğrafi mövqeyi və gənc əhalisi ilə investisiya imkanları təklif edən bir ölkədir. Biz iki ölkə arasında ticarətin həcmini artırmaq və investisiyaları təşviq etmək üçün yeni imkanlar yarada bilərik. Xüsusilə enerji, infrastruktur və texnologiya sahələrində yeni əməkdaşlıq sahələri inkişaf etdirmək mümkündür”, - o vurğulayıb.