
Türk Dövlətləri Təşkilatı artıq sadəcə mədəni bir alyans deyil. Bu, həmrəylik üçün strateji platformadır. Qlobal gərginlik hər kəsə təsir edir və Türk Dövlətləri Təşkilatına üzv olan ölkələri dərindən maraqlandırır.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan TDT sammitindən qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.
“Münaqişə zonalarına yaxınlığımızı nəzərə alsaq, əminliklə demək olar ki, bizim ailə şurası bu gərginlikdən dünyanın digər ölkələri ilə müqayisədə daha çox əziyyət çəkir. Ona görə də risk olan yerdə ehtiyat tədbirləri qaçılmazdır. Bununla belə, biz istənilən vəziyyətə hazırıq.
Biz kəşfiyyat və sərhəd təhlükəsizliyindən tutmuş kiberməkana qədər çoxşaxəli əməkdaşlığı müzakirə edirik. Müdafiə xərclərini artırmaq və təhlükəsizliklə bağlı əlavə addımlar atmaq istiqamətində qlobal tendensiya var. Türk Dövlətləri Təşkilatının üzvləri olaraq bu istiqamətdə addımlar atırıq. Növbəti addımlar hər baxımdan qiymətləndirilir və lazım gəldikdə atılır”, - Ərdoğan qeyd edib.
.