
TDT-yə sədrliyi təhvil alan əziz qardaşım Prezident İlham Əliyevə uğurlar diləyirəm. Sədrliyi təhvil verən Sadır Japarova isə töhfələrindən dolayı təşəkkür edirəm.
Bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.
Türkiyə lideri bildirib ki, bu gün bir çox məsələlərə etinasız yanaşan beynəlxalq sistemlə qarşı-qarşıyayıq: “Türk Dövlətləri Təşkilatının dəyişən şərtlərlə ayaqlaşan, beynəlxalq məsələlərdə ortaq duruş sərgiləyən təşkilata çevrilməsini arzu edirik.
Müxtəlif təhlükəsizlik sınaqları ilə məşğul olduğumuz şəraitdə üçüncü tərəflərlə də dialoqun inkişafı mühümdür. Bu mənada TDT+ formatı üçüncü tərəflərlə münasibətlərimizə yeni nəfəs gətirəcək”.
Vaşinqton razılaşmasının davamının gələcəyinə ümid edirik
Cənubi Qafqazda baş verən prosesləri sadəcə izləmirik, bölgədə sülhün təsis olunması üçün atılan addımları dəstəkləyirik.
Bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.
O bildirib ki, 8 avqustda Vaşinqtonda imzalanan birgə bəyannamənin davamının gələcəyinə ümid edirlər.
Türk dünyası bölgəmizin təhlükəsizliyində daha mühüm rol oynayacaq
“Türk dünyasının bölgəmizin sabitliyində və təhlükəsizliyində daha mühüm rol oynayacağına inanırıq”.
Bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.
O bildirib ki, bu gün təşkilatımızın qərarlı mövqe ortaya qoyması vacibdir.
Rəcəb Tayyib Ərdoğan türk dövlətlərinin birgə müdafiə potensialının formalaşdırılmasını zəruri sayıb, bu aspektdə iyul ayında müdafiə nazirlərinin keçirilmiş toplantısını yüksək dəyərləndirib.
Ortaq türk əlifbasının formalaşdırılmasını tezləşdirməliyik
"Ortaq türk əlifbasının formalaşdırılmasını tezləşdirməliyik".
Bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.
O bildirib ki, Çingiz Aytmatovdan bəhs edən əsərlə Oğuznamələri ortaq əlifba ilə nəşr edirik və bu gün burdakı liderlərə bunun bir nüsxəsini təqdim edəcəyik: “15 dekabrın Ortaq Türk dili günü kimi təsis edilməsini təklif edirəm”.
Xəzər keçidli ortaq koridoru daha effektiv hala gətirməliyik
“Xəzər keçidli ortaq koridoru daha effektiv hala gətirməliyik”.
Bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.
O bildirib ki, ciddi əməkdaşlıqlar qurmalıyıq.
Ərdoğan Türkmənistanı TDT-nin daimi üzvü kimi görmək istəyir
Türk dünyası Şimali Kipr Türk Cümhuriyyətini tək qoymayacaq.
Bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.
“Türkmən qardaşlarımızı da təşkilatda daimi üzv kimi görmək istəyirik.
Bu gün bir daha Türk dövlətləri olaraq, gələcəyimizə əmin addımlarla getdiyimizi göstəririk”, - o qeyd edib.
.