Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusunun Suriyada başladığı əməliyyatla bağlı ilk dəfə danışıb.
 
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident Suriyadan ölkəyə edilən hücumların işi bu həddə gətirdiyini deyib.
 
"Türkiyə ordusu bu səhər Suriyanın şimalında davamlı şəkildə ölkəmizi təhdid edən İŞİD və PYD kimi terror təşkilatlarına qarşı əməliyyata başlayıb. Suriyadan ölkəmizə edilən hücumlar işi buraya qədər gətirdi. Dedik ki, bu işə burada nöqtə qoymaq lazımdır. Artıq bu işi həll etmək lazımdır. Suriyadan edilən hücumlara son qoyulmalıdır”, - Ərdoğan bildirib.
.