Ərdoğan Rusiyaya gəlib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərinə gəlib.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Prezident Ərdoğanı səfərdə xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan, Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Dəmir və digərləri müşayiət edir.

Bildirilib ki, bu gün Bakı vaxtı ilə saat 16:00-da Türkiyə lideri ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tutacaq.

.