Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT baş katibi Antoniu Quterreşlə telefon danışığı aparıb.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Məlumata görə, tərəflər Ukraynadakı vəziyyəti müzakirə edib.

Türkiyə lideri Quterreşə Ukrayna ilə bağlı İstanbul prosesinə hər kəsin dəstək verməsinin, eləcə də fikir ayrılıqlarının aradan qaldırılması səylərinin davam etdirilməsinin vacibliyini bildirib.

.