Türkiyə dost və müttəfiq ölkələrin də müdafiə təyinatlı məmulatlarla bağlı ehtiyaclarını ödəyən bir ölkəyə çevrilib.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı daha sonra əlavə edib: "Öz hərbi gəmisini hazırlayan 10 ölkənin arasında yer alırıq. PUA istehsalında isə artıq dünyanın üç ölkəsindən biriyik".

Ərdoğan Türkiyənin milli döyüş təyyarəsi ilə bağlı son vəziyyəti açıqlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin milli döyüş təyyarəsi ilə bağlı son vəziyyəti açıqlayıb.

Türkiyə dövlət başçısı bildirib ki, milli döyüş təyyarəsi 2023-cü ildə təqdim ediləcək və 2025-ci ildə ilk uçuşunu həyata keçirəcək.

"Milli döyüş təyyarəmiz Hərbi Hava Qüvvələrimizin vurucu gücü olaraq 2029-cu ildə göylərə qalxacaq" – Ərdoğan vurğulayıb.

.