Bu gün "Taxıl dəhlizi" ilə bağlı atacağımız addım bir çox ölkə üçün, xüsusən də az inkişaf etmiş ölkələr üçün xeyirli olacaq.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı bildirib.

O həmçinin qeyd edib ki, Türkiyə və Rusiya arasında bir çox sahələrdə uğurlu əməkdaşlıq mövcuddur. Bu gün görüş zamanı iki lider müdafiə sənayesi, energetika kimi sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

.