Hədəfimiz Rusiya və Ukrayna liderlərini görüşdürməkdir.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Artıq hədəfimiz Rusiya və Ukrayna liderlərini ən qısa vaxtda bir araya gətirərək müharibəni dayandırmaqdır”, - Ərdoğan qeyd edib.

Türkiyə lideri: Ukraynadan 5 milyon tondan çox taxıl daşınıb

“Taxıl daşınması sazişi” çərçivəsində Ukrayna limanlarından 5 milyon tondan çox taxıl fərqli ölkələrə göndərilib.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Taxıl dəhlizinin açılması ilə əldə edilən diplomatik uğurun, xüsusən də (Rusiya və Ukrayna arasında - red.) əsir mübadiləsi ilə davam etdirilməsi ölkəmiz üçün qürurverici hadisə oldu”, - o bildirib.

.