Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ-dən tədarükü gözlənilən F-16 qırıcı təyyarələri ilə bağlı irəliləyiş var.

O, bu barədə jurnalistlərə açıqlamasında deyib.

Prezident bildirib ki, ABŞ dövlət başçısı Cozef Baydenlə telefon danışığının əsas mövzularından biri də bu idi: “Həmkarım dedi ki, İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməyimizi gözləyirlər. Biz də bildirdik ki, İsveç terrorçuları himayə etməsə, üzvlüyü təsdiqləyə bilərik”.

.