2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə əsasını qoyduğumuz Gənclər Forumu getdikcə daha çox inkişaf edir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun 5-ci Baş Assambleyasına göndərdiyi videomüraciətdə deyib.

O bildirib ki, Gənclər Forumu bu gün Asiyadan Afrikaya, Amerikadan Ərəbistan yarımadasına qədər geniş coğrafiyaya yayılıb: “Gənclərimizin fəaliyyətini bir çox prosesə, o cümlədən Qəzzadakı müharibəyə münasibətində görürük. İslam ölkələri olaraq Yaxın Şərqlə bağlı diplomatik səylərimizi davam etdiririk”.

.