Rusiya və Türkiyə prezidentləri taxıl sazişi ətrafında vəziyyəti müzakirə ediblər.

Bu barədə Kremlin Putin və Ərdoğan arasında telefon danışığına dair yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Putin Ərdoğanla söhbətində Rusiya Federasiyasının taxıl sövdələşməsində iştirakını dayandırmaq qərarının səbəblərindən danışıb.

Putin türkiyəli həmkarına Rusiya Federasiyasının kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarlarına çıxarılması üçün taxıl sazişinin ikinci hissəsinin yerinə yetirilməməsinə işarə edib.

Rusiya prezidenti bildirib ki, Kiyev Qərbin dəstəyi ilə taxıl dəhlizindən istifadə edərək Sevastopola və dəhlizi qoruyan gəmilərə hücum edib.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

Tərəflər Rusiya-Ukrayna müharibəsini və regional məsələləri müzakirə ediblər.

Eyni zamanda, Ərdoğan Putinlə taxıl dəhlizi ilə bağlı problemin həllinə dair fikir mübadiləsi aparıb.

.