Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.

Türkiyə KİV-i xəbər verir ki, Ərdoğan BMT Baş Assamblleyasında Qüdslə bağlı qətnamə layihəsinin qəbuluna verdiyi dəstəyə görə Rusiya liderinə təşəkkür edib.

Qeyd edək ki, BMT Baş Assambleyası dekabrın 21-də ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarının qəbul edilməməsi ilə bağlı qətnaməni qəbul edib. Sənədin lehinə 128 ölkə səs verib. 9 ölkə qətnamənin əleyhinə səs verib. 35 dövlət isə bitərəf qalıb.

Rusiya Türkiyə və Yəmənin müəllifi olduğu sənədin lehinə səs verib.
.