Sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefonla danışacaq.

“Hürriyet” qəzeti verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti jurnalistlərə açıqlamasında bildirib.

Rəcəb Tayyib Ərdoğan deyib ki, Rusiya və Ukrayna arasında müharibənin tezliklə başa çatmasını arzu edir: “Ancaq görünən odur ki, hər keçən gün bu iş daha mənfi istiqamətdə davam edir. Bazar ertəsi həm Rusiya Prezidenti, həm də Ukrayna Prezidenti ilə telefon danışığım olacaq. Tərəfləri dialoq və diplomatiya kanallarından istifadə etmək yönündə təşviq etməyi davam etdirəcəyik”.

Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da TASS-a açıqlamasında Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında mayın 30-da telefon danışığı olacağını təsdiqləyib.

.