Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və ukraynalı həmkarları ilə telefon danışığı aparacaq.

Bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.

XİN rəhbəri qeyd edib ki, Türkiyə dövlət başçısı yaxın günlərdə Putin və Zelenski ilə taxıl dəhlizini müzakirə edəcək.

"Prezidentimiz məsələ ilə şəxsən maraqlanır və biz bu məsələni həll edə biləcəyimizə inanırıq", - Çavuşoğlu vurğulayıb.

.