Baş nazir Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Barak Obama ilə danışmaqdan imtina etməsi iki ölkə arasında gərginliyə səbəb olub. Yenizaman.az xəbər verir ki, bu barədə "RİA Novosti” agentliyi məlumat yayıb.
Rəcəb Tayyib Ərdoğan rəsmən Barak Obama ilə danışıqları dayandırdığını bildirib: "Əvəllər Barak Obama ilə ünsiyyətimiz birbaşa idi. Mən ona şəxsən özüm telefon açırdım. Lakin indi bizim ölkələr arasında danışıqları xarici işlər nazirləri aparırlar. Bu da Suriyada gözlənilən nəticələrin olmamasının təzahürüdür. Bu məsələdə mən ədalət gözləyirdim və özlərini ədalət tərəfdarları hesab edənlər təəsüf ki, bunu anlamırlar” – deyə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.
Xatırladaq ki, rəsmi Vaşinqtonla Ankara arasında gərginlik ABŞ-ın Suriyada hərbi əməliyyatlar keçirə bilməməsindən sonra yaranıb. Bundan əlavə Ərdoganla Obama arasında fikir ayrılıqları bir müddət əvvəl İsrail əsgərlərinin keçirdikləri hərbi əməliyyatlar zamanı Qəzzada 580 fələstinlinin qətlə yetirilməsi olub. Elə bu səbəbdən də türkiyənin baş naziri İsraili dəstəkləyən ABŞ-ı tənqid edib.
.