Yunanıstanı Egey dənizindəki adaları silahlandırmaqdan əl çəkməyə və beynəlxalq razılaşmalara əməl etməyə dəvət edirəm.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Zarafat etmirəm, ciddiyəm. Millətimiz qətiyyətlidir”, - Türkiyə lideri vurğulayıb.

O bildirib ki, Türkiyə heç kimin haqq və hüququnu tapdalamaz və eyni zamanda, öz haqlarının tapdanmasına imkan verməz.

Ərdoğan: “Türkiyə sülh üçün kimsənin inkar edə bilməyəcəyi səylər göstərir”

Türkiyə Qafqazdan Afrikaya, Qara dənizdən Aralıq dənizinə qədər, hər yerdə sülh, stabillik və təhlükəsizlik üçün kimsənin inkar edə bilməyəcəyi səylər göstərir.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Efes-2022” beynəlxalq təlimləri çərçivəsində çıxışı zaman deyib.

O qeyd edib ki, Türk Silahlı Qüvvələri həm terrrorla mübarizədə, həm də ikitərəfli anlaşmalar, həmçinin, NATO çərçivəsində ölkə daxilində və xaricində qarşısına qoyulan bütün tapşırıqları uğurla həyata keçirir.

.