Yunanıstanın hava hücumundan müdafiə sisteminin Türkiyə təyyarələrinə qarşı fəaliyyəti NATO-ya çağırışdır.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

O, qeyd edib ki, Yunanıstan Türkiyə təyyarələrinin təqibində S-300-dən istifadə etməklə NATO-ya meydan oxuyub. Dövlət başçısı bildirib ki, Yunanıstan Türkiyənin nə siyasi, nə iqtisadi, nə də hərbi tərəfdaşı deyil.

“100 il əvvəl olduğu kimi, bu gün Yunanıstandan istifadə edərək ölkəmizin vaxtını və enerjisini boşa xərcləməyə çalışanların əsl niyyətlərini bilirik”, - Ərdoğan vurğulayıb.

Qeyd edək ki, avqustun 28-də Afina kəşfiyyat missiyası zamanı Türkiyə təyyarələrinə S-300 sistemindən raket atıb.

Türkiyə lideri: “Ankaranı F-35 alıb-almaması narahat etmir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Kompleksində Zəfər Gününə həsr olunmuş təntənəli konsertdə iştirak edib.

Konsertdən əvvəl çıxış edən Türkiyə dövlət başçısı F-35 döyüş təyyarələrinin tədarükü məsələsinə toxunub:

“Amerika Yunanıstana bizə vermədikləri F-35-ləri təklif etməklə Rusiyanın hava hücumundan müdafiəsinin bu təyyarələrlə eyni sistemdə olmasına yol açdı. Ankaranı ona (ABŞ - Red) F-35 verib-verməməsi narahat etmir. Bizə verilməyən istənilən məhsulu istehsal etməyə qadirik”-deyə, o bildirib.

.