Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmağı hədəfə alıb.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan səfərindən sonra jurnalistlərə müsahibəsində bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının 22-ci Zirvə görüşünə onu və Azərbaycan Prezidenti İlham Əliyevi ev sahibi olan Özbəkistan Prezidenti xüsusi olaraq dəvət edib

“İndi növbəti proses bu məsələnin ən üst səviyyəsinə doğru bir addımdır. Bu addım təbii ki, qarşıdakı dövrə ev sahibliyi edəcək Hindistanda danışıqlarda daha yüksək səviyyədə ön plana çıxacaq. Üzv olmaq və ya üzv olmamaq ayrı, amma bu addımla bu ölkələrlə münasibətlərimiz çox fərqli mövqeyə daşınacaq”, - deyə o vurğulayıb.

.