Keçdiyimiz günlərdə təqdim etdiyimiz “Türkiyə əsri” ortaq gələcəyimizin baxışı olaraq görürük.

Bu barədə İstanbulda keçirilən Türk Tibb Dünyası Konqresində çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, Türkiyə Balkanlardan Orta Asiya, Qara Dənizdən Afrikaya qədər dostları ilə ortaq xəyallarını paylaşır: “Səhiyyə sistemini “Türkiyə əsri”nin ən iddialı sahələrindən birini olaraq təyin etdik. Vətəndaşlarımızın istehlak etdiyi hər 100 dərmandan 89-nu yerli istehsalla təmin edirik. Məqsədimiz “Türkiyə əsri” baxışı çərçivəsində “Health Türkiye” brendi ilə ölkəmizi beynəlxalq səhiyyə xidmətləri sahəsində zirvəyə çatdırmaqdır”.

Ərdoğan həmçinin əlavə edib ki, Türkiyə COVID-19 pandemiyası ilə həm öz vətəndaşlarına xidmət göstərərək, həm də 161 ölkə və 12 beynəlxalq təşkilata kömək etməklə mübarizə aparıb.

.