“S-400 mövzusunda öncəki mövqedə olduğumuzu cənab Baydenə ifadə etdik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə NATO sammiti çərçivəsində ABŞ Prezidenti ilə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
R.T.Ərdoğan bir daha vurğulayıb ki, ABŞ “Patriot” havadan müdafiə sistemlərini Türkiyəyə satmadığı üçün ölkəsi S-400 almaq məcburiyyətində qalıb.
Türkiyə Prezidenti ABŞ liderini Türkiyəyə dəvət etdiyini bildirib, Co Bayden gərgin iş rejimi yüngülləşdikdən sonra Türkiyəyə gedəcəyini dair vəd verib.
Co Bayden: “Ərdoğanla çox yaxşı görüşümüz oldu”
“Prezident Ərdoğanla çox yaxşı bir görüşümüz oldu”.
Brüsseldə NATO sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında keçirilən təkbətək və heyətlərarası görüşdən sonra ABŞ Prezidenti görüş barədə ilk təəssüratını bu cümlə ilə ifadə edib.
.
