Rusiyanın Zəngəzur dəhlizinin inşasını gecikdirmək niyyətində olduğunu ehtimal etmirəm.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, tam əksinə olaraq Rusiya bu layihəyə dəstək vermək niyyətindədir.

“Yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşümüz olacaq”, - deyə Ərdoğan vurğulayıb.

Türkiyə Prezidenti Ermənistanı mina xəritələrini Azərbaycana verməyə çağırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistana minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməklə bağlı çağırış edib.

Bakıda jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Ermənistanın etimad artıracaq addımlar atmağa başlamasının zəruriliyini vurğulayıb.

“Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməsi bu istiqamətdə əhəmiyyətli bir addım olacaq”, - deyə Ərdoğan vurğulayıb.

.