“Azərbaycanın bölgəni inkişaf etdirməsi üçün məcburi köçkünlərin torpaqlarına qayıtması böyük əhəmiyyət kəsb edir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurası liderlərinin qeyri-formal görüşündə deyib.

R. T. Ərdoğan qeyd edib ki, Ramazan bayramından sonra Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Şuşanı ziyarət etməyi arzulayır: “Ramazan bayramından sonra Şuşanı ziyarət etməklə, Şuşada yeni bir bayram yaşamağı istəyirik”.
Ərdoğan: “Qarabağda 67 məsciddən 63-ü dağıdılıb, kilsələr tar-mar edilib”

Azərbaycan Prezidenti İlham Əliyevi və azərbaycanlı qardaşlarımızı Dağlıq Qarabağda Zəfərləri münasibətilə öz adımdan və millətim adından təbrik edirəm.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurası liderlərinin qeyri-formal görüşündə deyib.

“44 günlük dastanvarı Zəfərdən sonra 30 illik işğal sona çatdı, Dağlıq Qarabağ Ana Vətənlə təkrar qucaqlaşdı. Təbii asan deyil. Hər şeydən öncə Dağlıq Qarabağda 67 məsciddən 63-ü dağıdılıb, kilsələr də tar-mar edilib”, - deyə Ərdoğan vurğulayıb.

Ərdoğan: “Qarabağda türk mirasının qorunması üçün Azərbaycanın yanında olmalıyıq”

“Bu gün 1918-ci ildə azərbaycanlıların soyqırıma məruz qaldıqları gündür. Biz heç bir zaman Xocalı qətliamını unutmadıq, bir müddət əvvəl Xocalı faciəsini təkrar andıq. Qətl edilən on minlərlə soydaşımızı rəhmətlə anıram”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurası liderlərinin qeyri-formal görüşündə deyib.

“Qarabağda türk mirasının qorunması üçün bütün imkanlarımızla Azərbaycanın yanında olmağımız vacibdir. Hamımız birlikdə Azərbaycanın yanında olmağı davam etdirməliyik”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
 

 

 

.