
"Yeni Ortamüddətli İnkişaf Proqramı çərçivəsində Türkiyə adambaşına düşən gəliri 14,85 min dollara çatdırmaq niyyətindədir".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu proqrama həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
“Bu gün biz Ortamüddətli Proqram çərçivəsində bir yol xəritəsini müzakirə edirik ki, onun həyata keçirilməsi sayəsində Türkiyə daha güclü, daha təhlükəsiz və firavan ölkəyə çevriləcək”, - o bildirib.
Onun sözlərinə görə, hökumət işsizliyin səviyyəsini aşağı endirmək üçün məşğulluğu ildə orta hesabla 909 min nəfər, ümumilikdə 2,7 milyon nəfər artırmaq üçün tədbirlər görmək niyyətindədir.
Ərdoğan həmçinin qeyd edib ki, bu inkişaf proqramı çərçivəsində ixracın 300 milyard dollara çatdırılması, turizm gəlirlərinin isə 70 milyard dollardan çox artırılması planlaşdırılır.
.