“Lazım gələndə “Taliban”la danışıqlar aparırıq”.

“Haber Global” məlumat verir ki, bu barədə Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovina və Monteneqro səfərindən əvvəl Atatürk Hava Limanında açıqlamalar verərkən deyib.

“Hal-hazırda, “Taliban”dan hətta Kabil Hava Limanını idarə etməyimiz üçün təkliflər də var; təhlükəsizliyi təmin edək, amma əməliyyatı siz təmin edin. Hələ bu barədə bir qərar verməmişik. Orada hər an ölüm var və s. Orada sakitlik hökm sürəndə lazım olan qərarı verərik. Əfqanıstan xalqı bizimlə əsrlər boyu qardaş olub və onlar din, dil və s. mövzularda bizimlə eyni dünyanı paylaşan insanlardır”, - deyə Ərdoğan bildirib.

.