“İsveç öz təhlükəsizliyi üçün NATO-ya üzv olmaq istəyir və biz öz təhlükəsizlik tələblərimizi dəstəkləyən bir İsveç görmək istəyirik”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin Baş naziri Ulf Kristersson ilə Ankarada birgə mətbuat konfrans zamanı bildirib.

O, İsveçin yeni hökümətinin NATO-nun Madrid Zirvəsi çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazır olduğundan məmnunluğunu qeyd edib.

İsveçin Baş naziri ölkəsinin PKK-nı terror təşkilatı kimi tanıdığını deyib

İsveç Türkiyəni terrorla mübarizədə tam dəstəkləyir və PKK-nı terror təşkilatı olaraq qəbul edir.

Bu barədə İsveçin Baş naziri Ulf Kristersson Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankarada birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, ölkəsi Türkiyə qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirməyə hazırdır.

.