Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun avtomobili atəşə tutulub. 

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə Kılıçdaroğlunun avtomobil karvanı Artvinin Şavşat rayonundan Ardanuç rayonuna keçərkən baş verib. Kılıçdaroğlunun mühafizəsi cavab atəşi açıb. 

CHP-li millət vəkili Gürsel Tekinin verdiyi məlumata görə, CHP heyətində yaralanan yoxdur. 

Hadisə yerinə polis heyəti cəlb edilib.

15:53
***

CHM sədri Kamal Kılıçdaroğlu atışmadan sonra açıqlama verib. 

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, o, özünün və digər CHP heyətinin heç bir xəsarət almadığını qeyd edib: "Biz yola çıxanda yolda qarşıdurma olduğuna dair hər hansı xəbərdarlıq almamışdıq. Düşünürəm ki, biz yoldan keçərkən başlayıb. Maşından çıxmadığımız üçün tam olaraq nə baş verdiyini anlamadıq. Qarşıdurmanın kiminlə baş verdiyinə dair məlumat verilməyib. Mən tərəfdən heç bir problem yoxdu. Təhlükəsizlik qüvvələri məni atışma olan ərazidən uzaqlaşdırdılar. Biz tərəfdən promlem yoxdu. Təhülkəsizlik qüvvələri üçün də promlem olmamasına ümid edirik”. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binali Yıldırım və daxili işlər naziri Efkan Ala artıq Kılıçdaroğluna zəng ediblər. 

.