Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə ölkənin Nazirlər Kabinetinin növbəti toplantısı keçirilib.

“TRT Haber” bildirir ki, toplantıdan sonra təşkil olunan ənənəvi brifinqdə dövlət başçısı bir çox məsələlərlə yanaşı, ötən gecə İstanbulun Kadıköy məhəlləsindəki erməni kilsəsi ilə bağlı insidentə də münasibət bildirib.

Ərdoğan baş verənləri hörmətsizlik və xalqların birliyinə qarşı təxribat adlandırıb.

Xatırladaq ki, dünən gecə saatlarında bir qrup içkili erməni “Surb Takavor” kilsəsinin hasarına çıxaraq rəqs edib. Müvafiq görüntülər sosial şəbəkələrdə yayılaraq Türkiyə ictimaiyyətində geniş əks-səda doğurub.

.