İstanbul prosesi Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün əvəzolunmaz fürsət idi.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında bildirib.
O qeyd edib ki, bu fürsətdən istifadə olunsa idi, indi bir çox dağıntı və insan ölümləri baş verməzdi. Türkiyə lideri ou da əlavə edib ki, Rusiya-Ukrayna müharibəsinin davam etməsni istəyən güclər Türkiyəyə qarşı da kampaniya başladıblar.
Ərdoğanın sözlərinə görə, ölkəsi bundan sonra da bu müharibə ilə bağlı balanslaşdırılmış siyasətini qoruyaraq, iki tərəflə də dialoqu davam etdirəcək.
.
