Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şakir Özkan Torunları Türkiyənin İsraildəki səfiri təyin edib.

Təyinat qərarları Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə “Resmi Gazete”də dərc olunub.

Şakir Özkan Torunlar 2017-2021-ci illərdə Hindistanda səfir olub.

2021-ci ildən Xarici Siyasət Məsləhət Şurasının üzvü olan diplomat ingilis və fransız dillərini bilir, ailəlidir və bir övladı var.

.