Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail prezidenti İsaak Hersoqla telefon danışığı aparıb.

Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı Türkiyə-İsrail münasibətləri və regional məsələlər müzakirə edilib.

Prezident Ərdoğan qarşılıqlı olaraq səfir təyin edilməsi qərarını Türkiyə-İsrail münasibətlərinin müsbət inkişafı istiqamətində mühüm addım hesab etdiyini bildirib.

.