ABŞ və İsrailin İrana qarşı müharibəsi artıq dördüncü gününə qədəm qoyub.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, İranda 700-dən çox, İsraildə isə ən azı 9 nəfər ölüb, həlak olan amerikalı əsgərlərin sayı isə 6-ya çatıb.

Ərdoğan Türkiyənin Yaxın Şərq regionunda sülh yönümlü diplomatiyasının davam etdiyini vurğulayıb.

“Problemlərin danışıqlar masası arxasında dialoq və danışıqlar yolu ilə ədalətli həlli üçün böyük səy göstəririk”, - Türkiyə Prezidenti əlavə edib.

.