HAMAS-ın mindən çox üzvü Türkiyə xəstəxanalarında müalicə alır.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Yunanıstan Baş naziri Kiriakos Mitsotakislə keçirdiyi görüşün nəticələrinə dair birgə mətbuat konfransı zamanı bildirib.

O, Yunanıstan Baş naziri K.Mitsotakisin iddiasını şərh edərək, HAMAS-ı terror təşkilatı hesab etmədiyini, müqavimət hərəkatı olaraq qəbul etdiyini vurğulayıb.

K.Mitsotakis isə Qəzzada təcili atəşkəsə nail olmaq məsələsində Türkiyə ilə həmfikir olduğunu diqqətə çatdırıb.
 

.