Ərdoğan hökuməti "Gülən camaatı”na yeni ad verib.
Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə 2013-cü ilin dekabr ayında həyata keçirilən rüşvət və korrupsiya əməliyyatlarından sonra o vaxtkı baş nazir Rəcəb Tayyib Ərdoğanın mübarizəyə başladığı və "terror təşkilatı” adlandırdığı "Gülən camaatı”na yeni kod adı verilib.
"Sabah” qəzetinin yazdığına görə, dövlət PKK ilə apardığı mübarizəni eyni ilə "Gülən camaatı”na qarşı da aparacaq. Hökumət milli təhlükəsizliyi təhdid edən və ictimai asayişi pozan daxili və xarici leqal görünüş altında qeyri-qanuni fəaliyyət göstərən təşkilatlara qarşı mübarizə aparacaq.
Qəzetin yazdığına görə, Türkiyə dövləti artıq ictimaiyyətdə "paralel dövlət” kimi tanınan "Gülən camaatı”nı rəsmi yazışmalarda "PDY/PO” kodu ilə qeyd edəcək.
"PDY/PO” kodlaşdırmasının açılışı belədir: "Paralel Dövlət Yapılanması/Pensilvaniya Örgütü”.
.