Bölgəmizdəki yaxşı qonşuluq sayəsində (Ermənistanla - red.) tam normallaşma hədəfimizə çata biləcəyimizə inanıram.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pragada mətbuat konfransı zamanı bildirib.
O, bir qədər əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşdüyünü də xatırladıb.
Türkiyə Prezidenti Avropa Siyasi Birliyi Zirvə Toplantısının həmrəylik və əməkdaşlıq üçün önəmli platforma olduğunu da qeyd edib.
Ərdoğan: Türkiyə və Ermənistanın xarici işlər nazirləri görüşəcək
Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşümüz səmimi şəkildə keçdi.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pragada mətbuat konfransı zamanı bildirib.
Görüş əsnasında bəzi tələblər müzakirə olundu və bununla bağlı hər iki ölkənin xüsusi nümayəndələri və xarici işlər nazirliklərinə təlimatlar verildi.
Ərdoğan əlavə edib ki, Türkiyə və Ermənistan xarici işlər nazirlərinin və normallaşma prosesinə dair xüsusi numayəndələrin görüşləri baş tutacaq, növbəti addımlar da bu görüşün nəticəsindən asılı olaraq atılacak.
Ərdoğan: Proseslər Türkiyənin Avropa üçün açar ölkə olduğunu təsdiqləyir
Baş verən proseslər Türkiyənin Avropa İttifaqı və Avropa üçün açar ölkə olduğunu təsdiq edir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pragada mətbuat konfransı zamanı bildirib.
Onun sözlərinə görə, bunun ən bariz nümunəsi Türkiyənin Rusiya-Ukrayna müharibəsində vasitəçi rolu oynamasıdır.
Ərdoğan bu müharibədə axan qanın dayandırılması üçün böyük səylər göstərdiyini vurğulayıb: “Taxıl koridorunun davamlı şəkildə işləməsi bütün dünya və Ukrayna xalqının xeyrinə olacaq. Bu arada, Rusiya gübrəsinin Türkiyə üzərindən ehtiyacı olan ölkələrə göndərilməsi niyyətindəyik”.
.
