Gələn il aprelin 23-dən 24-nə keçən gecə başda yeni prezident Ərdoğan olmaqla coxsaylı türk nümayəndə heyəti Ermənistana gələcək və "Çiçernakaberd” abidəsi yanındakı tədbirlərə qatılacaq. Bu sensasiyalı xəbəri jurnalistlərə avqusutun 12-də regional ekspert Sarkis Açapanyan mənbə göstərmədən bəyan edib.
"Bu səfər rəsmi Ankarada işlənən bir ümumi strategiya çərçivəsində beyənlxalq bilriyi və erməniləri çaşdırmaq tədbirlər siyahısnın zirvəsi olacaq. Bu çərçivədə Əskişəhərdə təmir olunmuş iri erməni kiləsinin açılışı nəzərdə tutulur. Türkiyə xəritəsində erməni mənşəli toponimlər peyda olacaq. Mərmərə üzərindən Ermənistan sərhəddinə gələn yola Qrant Dinkin adı verləcək və sülh yolu olması simviollaşdırılacaq. Nəhayət, Türkiyə vaxtilə ölkədə öldürülmüş, ölkədən qovulmuş ermənilərin nəsillərinə Türkiyə vətəndaşlığı verən qanun qəbul edəcək, Bu qanun "genosid” qurbanlarına seçkilərdə iştirak etmək, hətta seçilmək haqqı tanıyacaq”deyə S.Açpanyan qeyd edib.
Ekspert belə hesab edir ki, "erməni məsələsi”nə sərt münasibət bəsləyən Ərdoğan belə imic formaladşıran addımlarla beynəlxalq aləmə humanizmlə dolu, avropa dəyərlərini təbliğ edən Türkiyə nümayiş etdirəcəyini söyləyib.
Rəsmi Ankara hələlik bu informasiyaları təsdqiləmir. Xatıraldaq ki, Türkiyə genosid faktını inkar edir, 1915-ci ildə həlak olan erməniləri müharibə qurbanları adlandırır. Elə həmin dövrdə Osmanlı imperiyasında ermənilərdən də çox kürd və türk həlak olub.
.
