Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan lideri olduğu AKP-nin qurup toplantısında çıxış edib.
Virtualaz.org saytı xəbər verir ki, prezidentliyə nazmiədliyini irəli sürən Ərdoğan AKP-nin binasında baş tutan görüşdə çıxışı ilə partiya üzvlərini ağladıb.
Ərdoğan prezident seçiləcəyi təqdirdə bu kürsüdən bir daha çıxış edə bilməyəcəyi deyib. Baş nazir çıxışında "bugün bu kürsü ilə vidalaşarkən gözüm arxada qalmayacaq. Bunu bilməyinzi istəyirəm. Millətim məni prezident seçərsə, buradan sizlərə xitab edə bilməyəcəm. Əlbəttə söhbətlərimiz başqa kürsülərdə davam edəcək”- deyə bildirib.
Baş nazir çıxışının sonunda partiya yoldaşlarından halallıq istəyib. Ərdoğanın bu çıxışı zalda olan AKP-li deputatları ağladıb.
.