Cənubi Qafqaz və Orta Asiyada qalıcı sülhün və rifahın təmin edilməsi üçün son zamanlar atılan addımlar məmnunluq doğurur. 

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci Dövlət Başçıları Şurasının Zirvə Toplantısının Genişləndirilmiş İclasında deyib. 

Onun sözlərinə görə, bu addımlar bəşəriyyət, iqtisadi və ticarət münasibətlərinin inkişafı üçün önəmlidir:

"Orta Asiyada qardaş ölkələrlə ikitərəfli və çoxtərəfli münasibətlərdə işbirliyimiz artır. Türk Dövlətləri Təşkilatı çərçivəsində atılan addımlar sadəcə qardaş ölkələr üçün deyil, bölgənin inkişafına töhfə verəcək".

.