Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Əfqanıstan mövzusunda intensiv diplomatik danışıqları davam edir.

Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinin xəbərinə görə, Rəcəb Tayyib Ərdoğanbu gün Britaniyanın Baş naziri Boris Conson və Avrop İttifqaının (Aİ) Prezidenti Şarl Mişellə ayrı-ayrılıqda telefonla danışıb.

Prezident Ərdoğan Baş nazir Consonla söhbətində ikitərəfli əlaqələrlə yanaşı, Əfqanıstanda baş verən son hadisələrə toxunaraq bildirib ki, müvafiq şərtlər daxilində gələcəkdə Kabil Beynəlxalq Hava Limanının təhlükəsizliyi və istismarı üçün Türkiyə vəzifəsini davam etdirə bilər.

Türkiyə Prezidenti deyib ki, Əfqanıstanda və İranda lazımi tədbirlər görülməzsə, yeni bir köç dalğası qaçılmaz olacaq: “Əfqanıstanda nizamsız köç böhrana çevrilmədən başda, Avropa ölkələri də olmaqla, bütün ölkələrin səmimi şəkildə məsuliyyət daşıması və bu mövzuda beynəlxalq birliyə gəlmələri vacibdir. Əfqanıstandan gələn miqrant axınının yeni humanitar faciələrə yol açmaması üçün əfqanlara öz torpaqlarında və qonşu ölkələrdə yardım göstərilməlidir”.

Ərdoğan BMT-nin əlaqədar qurumlarının, xüsusilə Qaçqınlar üzrə Ali Komissarlığının maddi dəstəklərini artıraraq miqrasiya təzyiqinin azaldılmasında fəal rol oynaya biləcəyinin əhəmiyyətindən danışıb.

Əfqanıstanla bağlı eyni məsələləri Aİ Prezidenti Şarl Mişelin diqqətinə çatdıran Prezident Ərdoğan hazırda 5 milyon qaçqına evsahibliyi edən Türkiyənin əlavə miqrasiya yükünü daşımağa çox çətinlik çəkəcəyini bildirib.

Türkiyənin Əfqanıstan mövzusunda oynaya biləcəyi əhəmiyyətli rolu xatırladan Ərdoğan bu istiqamətdə hərtərəfli və səmimi bir əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıb.

.