Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsindən sonra Cənubi Qafqazda yeni mərhələyə qədəm qoyduq.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Avropa İttifaqının səfirləri ilə görüşdə çıxışı zamanı bildirib.

O diqqətə çatdırıb ki, bu prosesin ardından Türkiyə Ermənistanla münasibətlərin normallaşması prosesinə başlayıb: “Atılan addımların gözlənilən nəticələri verməsi üçün Ermənistanın bölgədəki sülh fürsətini yaxşı dəyərləndirib Azərbaycanla pozitiv bir münasibət qurması əhəmiyyət daşıyır”.

.