Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə birgə hərbi təliminin iştirakçılarına müraciət edib.

Ərdoğan müraciətində deyib ki, çətin hava şəraitində keçirilən təlimlər Azərbaycan və Türkiyə hərbçilərini daha da gücləndirəcək.

“İnanıram ki, sizlər dostlara güc, düşmənlərə qorxu verdiniz”, - Ərdoğan vurğulayıb.

Ərdoğan: Azərbaycan-Türkiyə hərbi təlimləri də göstərdi ki, heç kim bizi bir-birimizdən ayıra bilməz

Azərbaycan-Türkiyə birgə hərbi təlimləri də göstərdi ki, heç kim bizi bir-birimizdən ayıra bilməz və ayıra bilməyəcək.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə birgə hərbi təliminin iştirakçılarına müraciətində bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyə və Azərbaycan bu hərbi təlimlərlə həmrəylik nümayiş etdirib.

.